Azərbaycan 44 günlük müharibədən zəfərlə çıxdıqdan sonra ölkənin inkişafı naminə bütün sahələr üzrə çox ciddi işlər həyata keçirməkdədir. 30 il mənfur düşmənin tapdğında qalan torpaqlarımızı işgaldan azad edən ölkəmizdə, indi geniş quruculuq işləri sürətlə davam etdirilir. Həm infrastruktur layihələri həyata keçirilir, həm də insanların öz dədə - baba torpaqlarına qayıdışı üçün kəndlər, qəsəbələr və şəhərlər salınır. Təbii ki, bu işlər Azərbaycanın rəhbərliyi üçün bir nömrəli prioritet məsələlərdən biri, bəlkə də birincisidir. Əslində bu belə də olmalıdır. Çünki, erməni faşistlərindən fərqli olaraq biz bu yerlərin sahibləriyik. Ermənilər bu yerləri quldurcasına işğal etmiş, daş üstə bir daş da qoymamışlar. Erməni vəhşiləri özləri də çox gözəl bilirdilər ki, onlar bu yerlərə soxulmuş çağrılmamış qonaqlardır və əvvəl - axır buralardan rədd olub gedəcəklər. Məhz ona görə də öz barbarlıq xislətlərinə sadiq qalaraq bütün şəhər və kəndlərimizi yerlə yeksan etmişdilər. İyulun 15 - də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sədrliyi ilə 2022 - ci ilin birinci 6 ayının yekunlarına dair mşavirə keçirilmişdir. Müşavirədə Ölkə Başçısı giriş nitq söyləmişdir. Prezident ilkin olaraq diqqəti xarici siyasət məsələlərinə yönəltmişdir. Prezident qeyd etmişdir ki, mühaibədən sonra, quruculuq və bərpa işləri əsas prioritet məsələ olmaqla bərabər xarici siyasət sahəində də xeyli uğurlu addımlar atılmışdır. Bunlardan Qoşulmama Hərəkatı tərəfindən haqlı mövqeyimizin daim dəstəklənməsi, bu hərəkata sədrliyimizin 2023 - cü ilin sonuna qədər uzadılmasını xarici siyasətdə əldə etdiyimiz əsas uğurlardan biri hesab etmək olar. Bundan əlavə Türk Dövlətləri Biliyi tərəfindən, eyni zamanda İslam Əməkdaşlıq Təşkilatı tərəfindən dəstəklənməyimiz, Qonşu dövlətlərlə Dövlət Bşçıları səviyyəsində qarşılıqlı səfərlər ölkəmizin əsas diplomatik uğurlarındandır. Təəssüflər olsun ki, qonşularla münasibətdən söhbət getdikdə, bunu Ermənistan haqqında söyləmək çətindir. Belə ki, Ermənistan 10 noyabr 2020 - ci il üçərəfli bəyanatın bir çox müddəalaına əməl etməkən boyun qaçırır. Baxmyaraq ki, bəyanatın imzalanmasından 1 il 8 ay kçmişdir, Ermənistan Zəngəzur dəhlizinin açılması, Azərbaycan ərazisində yerləşən bütün erməni hərbi birləşmələrinin çıxarılması, sülh danışıqlarına başlanılması haqqındakı öhdəliklərin heç birinə əməl etməmişdir. Müsbət hal yalnız ondan ibarətdir ki, Ermənistan Azərbaycnın təklif etiyi 5 əsas prinsipi qəbul etmşdir. Digər müsbət hal isə ondan ibarətdir ki, artıq delimitasiya məsələləri ilə komissiya təşkil edilmişdir. Digər sahələrdə də müsbət dinamika müşhidə edilməkədir. İstər iqtisadi, istərsə də sosial sahədə xeyli irəliləyişə nail olunmuşdur. Əhalinin gəlirləri 20 faiz artmışdır ki, bu da mövcud infilyasiyanı təxminən 12 faiz üstələyir. Eyni zamanda dnyanı ağuşuna almış mövcud iqtisadi böhran zamnında ölkədə iqtisadi artım müşahidə edilməkdədir. Vətən müharibəsi şəhidlərinin ailələrinin və qazilərin sosial müdafiəsi də daim diqqət məkəzində saxlanılır. Bu kateqoriyadan olan insanlara ötən il 3000, bu il isə 1500 mənzil verilmişdir. Yaxın illərdə bütün şəhid və qazi ailələri mənzillə təminolunacaqlar. Ölkə başçısı daha bir məqama da aydınlıq gətirdi. O, qeyd etdi ki, pandemiya ilə əlaqədar ölkənin quru sərhədləri bağlıdır. Pandemiya təhlükəsi davam etdikcə quru sərhədləri də bağlı qalacaqdır. Bütün bunları etməkə məqsəd yalnız ölkə vətəndaşlarını qorumaqdan ibarətdir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müşavirədəki çıxışı bir daha sübut etdi ki, ölkəmiz doğru inkişaf yolundadır və bu yol onu işıqlı gələcəyə aparacaqdır. Təbriz Əlizadə,Vətən müharibəsi iştirakçısı, Xocalı rayon qazisi